🐑 “Clouds & Sheep” oyununun çox gözlənilən bu davamında sevimli qoyunlar nəhayət yenidən azaddırlar! Saysız-hesabsız tapşırıqları həll edin və yunlu dostlarınızın ehtiyaclarını qarşılayın. Resurslarınızı toplamaq üçün ot, çiçəklər, ağaclar əkin və heyvanlarınızın fərqli rəngli yunlarını qırxın! Xoşbəxt ulduzlar toplayın, odun və çiçək ləçəkləri yığın və onları sürünüzü qida, aksesuarlar, oyuncaqlar və daha çoxu ilə təmin etmək üçün istifadə edin! Qoyunlarınızın içməli təmiz suyu heç vaxt tükənməsin deyə buludları idarə edin və yağış yağdırın. Qoyunlarınız özlərini xoşbəxt və məmnun hiss etsələr, dünyaya balaca quzular gətirəcəklər! 🎁
Hər bir heyvan diqqətinizi çəkmək istəyir! Tüklü yun yumaqları əylənməyi çox sevirlər. Qoyunlarınızı tullandırın və onlarla aktiv oynamaq üçün batut, yelləncək və taxtarəvəlli kimi fərqli oyuncaqlardan istifadə edin! Ev heyvanlarınızın bir-biri ilə necə ünsiyyət qurduğunu izləyin və verdiyiniz əşyalara reaksiyalarını müşahidə edin! Sürünüzün otlağını əyləncəli əşyalarla fərdiləşdirin və Vəhşi Qərb və ya Pirat səhnəsi kimi fərqli mühitlər arasında seçim edin. Sürünüzün gündüzlər qaçışdığını və gecələr isisti tonqal ətrafında yatdığını izləyin. Qoyunlarınızın göydə böyük, pambıq buludlara çevrilməsinin qarşısını almaq üçün onları xoşbəxt və sağlam tutmaq məqsədilə əlinizdən gələni edin.
Xüsusiyyətlər:
✔ PULSUZ OYUN
✔ Məşhur “Clouds & Sheep” oyununun möhtəşəm davamı
✔ Əfsanəvi Gənclik Bulağını tapmaq üçün epik macəraya çıxın!
✔ Sevimli qoyunlarla simulyasiya oyunu
✔ Sürünüzün qeydinə qalın
✔ Digər oyunçulara möhtəşəm hədiyyələr göndərin
✔ Şirin balaca quzular böyüdün
✔ Heyvanlarınızla aktiv oynayın
✔ Onlara müxtəlif əşyalar və obyektlər verin
✔ Müxtəlif resurslar yetişdirin və toplayın
✔ Qoyunlarınızı qırxın
✔ Onların otlağını fərdiləşdirin
✔ Havanı idarə edin
✔ Gecə-gündüz dövrü
✔ 3D dünyasında cərəyan edən ucu-bucağı olmayan oyun
✔ Uşaqlar üçün uyğundur, lakin bütün ailə üçün də əyləncəlidir
✔ Planşet üçün tam dəstək
✔ Google Play oyun xidmətlərini dəstəkləyir
‘Clouds & Sheep 2’-ni tamamilə PULSUZ oynaya bilərsiniz, lakin tətbiqdaxili satınalmalar vasitəsilə müxtəlif əşyalar əldə etmək mümkündür. Tətbiqdaxili satınalmalardan istifadə etmək istəmirsinizsə, lütfən, cihazınızın parametrlərində onları qeyri-aktiv edin.
‘Clouds & Sheep 2’ oynadığınız üçün təşəkkür edirik!
© THQ Nordic Mobile 2026
Gəlin birlikdə macəralara gedək!
Güncəlləmə vaxtı
1 okt 2025
Intel® texnologiyası tərəfindən dəstəklənir